Menu

Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

09.03.2015, 18:11
Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin növbəti iclası martın 17-də baş tutacaq.

İclasın gündəliyinə yalnız Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatı daxildir.

Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasi-zadə təqdim edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol