Menu

Ərdoğan hökuməti yenidən saraya topladı - Nazirlərin toplantısına 2 general da qatılıb

09.03.2015, 20:57
Ərdoğan hökuməti yenidən saraya topladı - Nazirlərin toplantısına 2 general da qatılıb

Martın 9-da Türkiyə prezidentinin sarayında prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin ikinci toplantısı keçirilib. Türkiyə mətbuatının yazdığına görə, ilk dəfə olaraq nazirlərin toplantısına daha iki nəfər də qatılıb. Bunlar quru qoşunları komandanı, ordu generalı Hulusi Akar və ordu generalı hava qüvvələrinin komandanı Akın Öztürk olub.

Bakanlar Kurulu'na sürpriz konuk!

Komandanlar ötən həftə dalbadal qəzaya uğrayan 3 ədəd F-4 təlim təyyarələri və Süleyman Şah türbəsinin köçürülməsi əməliyyatı ilə bağlı nazirlərə məruzə ediblər. Qeyd edək ki, ötən həftə Eskişeherdə havaya qalxan F-4 təlim təyyarəsi Konyada qəzaya uğrayıb və iki pilot həlak olub. Fevralın 24-də isə iki ədəd RF-4E təlim təyyarəsi Akçadağ qəsəbəsi yaxınlığında qəzaya uğramış və 4 pilot həlak olmuşdu.

Prezident Ərdoğan bildirib ki, hökumət və nazirlər kabineti ilə birlikdə ətraflı təhlillər aparılacaq və bundan sonrakı hazırlıqlar gözdən keçiriləcək. Qeyd edək ki, toplantıya seçkilər səbəbilə istefa vermiş nazirləri əvəz edən ədliyyə naziri Kenan İpek, daxili işlər naziri Səbahəddin Öztürk və nəqliyyat, dənizçilik və rabitə naziri Feridun Bilgin ilk dəfə olaraq qatılıb.

Saray'daki toplantıda sürpriz isimler

Qeyd edək ki, bir çox müşahidəçilərə görə, Türkiyə hökuməti hazırda əsas gündəm mövzusu kimi seçkilərə köklənib. İyunda keçiriləcək parlament seçkiləri AKP hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Ərdoğan hökuməti dinamik vəziyyətə gətirmək, seçkilərdə səsləri qoruyub saxlamağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol