Menu

Erməni maşınla azərbaycanlı məktəblini vurdu

11.03.2015, 01:20
Erməni maşınla azərbaycanlı məktəblini vurdu

Ötən gün axşam saatlarında Gürcüstanın Ermənistanla həmsərhəd, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1 saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib. Hadisə barədə APA-ya "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət edib.

Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da təsdiqləyib.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirib: " Hadisəni törədən sürücü saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki, bu iş yaxın həftədə həyata keçiriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol