Menu

Türkiyə böyük sülhə hazırlaşır

11.03.2015, 21:05
Türkiyə böyük sülhə hazırlaşır

Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan kürd problemi ilə bağlı nikbin açıqlamalar verib.ANS PRESS-in məlumatına görə, Yalçın Akdoğan Novruz bayramına qədər kürd probleminnin həllində əhəmiyyətli irəliləyiş olacağını deyib.

"Novruzda inşallah bütün gərginlikləri, şiddəti, silahları demokratiya atəşində yandıracaq və həmişə birlikdə demokratiya atəşinin üzərindən tullanacağıq".

Qeyd edək ki, Suriya və İraqda İŞİD təhlükəsi PKK terror təşkilatı başda olmaqla separatçılığa meyilli kürdlərin Türkiyəyə münasibətini müsbətə doğru dəyişib. Bu baxımdan AKP hakimiyətinin kürd probleminin həllində irəliləyiş əldə etmək imkanları yüksək qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol