Beynəlxalq Valyuta Fondunun (BVF) İdarəedicilər Şurası çərşənbə günü dördillik yardım proqramı çərçivəsində Ukraynaya 17,5 milyard dollar məbləğində yardım ayırmaq qərarı qəbul edib.
BVF son bir il ərzində ikinci dəfədir ki, iqtisadiyyatı tənəzzül həddində olan Ukraynaya yardım ayırır.
BVF-in sərəncamçı direktoru Christine Lagarde-ın bəyanatında ilk tranşın həcmi göstərilmir. Vəsaitlərin təqdim etmə qrafiki də məlum deyil.
Gözlənildiyi kimi, BVF-in yardımı ardınca digər donorlardan da kreditlər ayrılmağa başlayar.
Baş nazir Arseniy Yatsenyuk bəyan edib ki, Beynəlxalq Valyuta Fondu geniş kredit yardımı Ukraynada keçirilən islahatlara görə ayırıb.
Onun sözlərinə görə, ilk tranş 5 milyard dollar təşkil edər.
Bu proqram ölkəyə daha 7,5 milyard dollar almaq üçün yol açır, Yatsenyuk deyib.
Ümumən Ukrayna dörd il ərzində 25 milyard dollar alacaq.
Baş nazir bəyan edib ki, bu pullar iqtisadiyyatı, maliyyə sektoru və valyutanın məzənnəsini sabitləşdirməyə, eləcə də 2016-cı ildən iqtisadi artım üçün imkan verər.
“Biz beynəlxalq tərəfdaşlarımızın hər şeyi qavrayan dəstəyini almışıq. Rusiya Federasiyasının səylərinə rəğmən biz dünyaya islahatlar keçirdiyimizi sübut edə bildik. Və yəlnız islahatlar keçirmək şərtilə BVF ölkəyə maliyyə yardımı təqdim etmək qərarı qəbul edib”, - Kiyevdə brifinq zamanı Arseniy Yatsenyuk deyib. /BBC


Şərhlər