Menu

Avro 85 sentə qədər ucuzlaşa bilər

12.03.2015, 11:04
Avro 85 sentə qədər ucuzlaşa bilər

"Deutsche Bank"ın Foreks bölməsinin rəhbərlərindən biri olan George Saravelos Avronun məzənnəsinin 85 sentə qədər enəcəyini deyib. Saravelos deyib ki, Avropadakı vəziyyət avronun daha da dəyər itirməsinə səbəb olur: “Avropada həddindən artıq qənaət var ki, bu da çoxlu nağd pul anlamına gəlir. Bu, Avropa Mərkəzi Bankının (AMB) hazırda bazara daha çox likvidlik verən son həmləsi ilə birləşdirildiyində, yeganə həll kimi bu likvidliyin Avropadan kənara çıxmasında görünür”.

Avro, dollar qarşısında son 12 ilin ən aşağı səviyyəsindən alınıb-satılır. Avro bu səhərki əməliyyatlarda dollar qarşısında 1,05 səviyyələrindədir. /marja.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol