Menu

Şəmsəddin Hacıyevə yeni vəzifə verildi

12.03.2015, 15:20
Şəmsəddin Hacıyevə yeni vəzifə verildi

Millət vəkili Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının sədri seçilib. Lent.az xəbər verir ki, bu barədə rayon təşkilatının bu gün keçirilən iclasında qərar verilib. Məlumatı YAP-ın rayon təşkilatından təsdiqləyiblər.

Qeyd edək ki, təşkilatın keçmiş sədri Zahid Qaralov bir neçə ay öncə dünyasını dəyişmişdi.

Ş. Hacıyev eyni zamanda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri vəzifəsində çalışır. O uzun illər Dövlət İqtisad Universitetinə rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol