Bu gün İrəvanda oğulları Ermənistan ordusunda həlak olmuş erməni analar Prezident Adminstrasiyasının önünə toplaşaraq etiraz mitinqi keçiriblər. Anspress-in məlumatına görə, polis onların qarşısını alıb, erməni analardan yalnız birinə - Göhar Sərkisyana Ermənistan prezidenti yanında məktubların və vətəndaşların qəbulu şöbəsinə getməyə icazə verilib. Gohar Sərkisyan bir neçə ay əvvəl göndərdiyi məktuba cavab almaq istəyib.
Yarım saatlıq görüşdən sonra Gohar Sərkisyan bildirib ki, şöbə müdiri Aida Asatryan bu barədə ölkə başçısı Serj Sərkisyana məlumat verib. Aida Asatryan əsgər analarının bütün məktublarını ona göstərib və bildirib ki, şöbə müdiri kimi vəzifəsini səliqə ilə yerinə yetirir. Sadəcə, prezident özü bu məktublara cavab vermir.
Əsgər anaları Sərkisyanı yalançılıqda günahlandırırlar. Çünki bir neçə il qabaq əsgər anaları ilə görüşən Serj Sərkisyan ölümlər üzrə ədalətli istintaq aparlıcağını demişdi.


Şərhlər