Menu

Vəkili Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırılıb

12.03.2015, 21:00
Vəkili Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırılıb

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması barədə şikayətini təmin etməyib. Bununla da Nəsimi Rayon Məhkəməsinin 6 mart tarixli qərarı qüvvədə qalıb.

Vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, iclasda vəkil Yalçın İmanovun X.İsmayılın müdafiəsindən uzaqlaşdırılması barədə qərar çıxarılıb.

Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi Orxan Babayev bunu onunla izah edb ki, Y.İmanov axtarış zamanı şahid kimi keçir və müdafiə funksiyasını yerinə yetirə bilməz.

Lakin vəkillər və müttəhim X.İsmayılova buna etiraz ediblər. X.İsmayılova qeyd edib ki, bu qərar onun müdafiəsini zəiflətmək məqsədilə qəbul edilib.

* Xədicə İsmayılova CM-in 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunur. O, guya ölüm həddinə çatdırdığı Tural Mustafayevin ərizəsi əsasında saxlanılıb.

Lakin fevralın 13-də prokurorluq CM-in üç maddəsi -179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) yeni ittiham irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol