BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ GEDİR! - Dünyanın siyasi elitası savaşı seçdi! (II HİSSƏ)

ABŞ və Avropa ölkələrini borc, Rusiyanı isə total korrupsiya buna vadar edir

(II Hissə yazının ardına əlavə olunub)

Ukraynada cərəyan edən proseslər, yaşanan qanlı toqquşmalar, separatizmin tüğyan etməsi bu gün dünyanın bütün tərəqqipərvər qüvvələrini ciddi düşünməyə vadar edir. Hər kəsi bir sual düşündürür - nə baş verir, bu müharbə kimə və nə üçün lazımdır?

Araşdırma və təhlillər göstərir ki, Ukraynada cərəyan edənlər təsadüf yox, ciddi şəkildə düşünülmüş qlobal ssenarinin tərkib hissəsidir və baş verənlərin təməli hələ çoxdan qoyulubmuş.

Heç şübhə yeri yoxdur ki, Ukrayna olayları - «Maydan» hadisələri, daxili qarşıdurma, hakimiyyət dəyişikliyi, ardınca Krımın Rusiya tərəfindən bir göz qırpımında ilhaq edilməsi, ölkənin şərqində separatizm ocaqlarının qəflətən alovlanması və.s açıq-aydın göstərir ki, bütün bunlara çoxdan gizli-aşkar hazırlıqlar gedirmiş (Bu günlərdə haqqın.az saytına müsahibə verən Ukraynanın informasiya siyasəti naziri də məhz bu fikri önə çəkib). BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQLAR! Nəticədə, qarşı-qarşıya dayanmış iki cəbhə «göz oxşayır» - biri ABŞ başda olmaqla Qərbin böyük dövlətləri, digəri isə Rusiya. Lap «soyuq müharibə» dövründəki kimi. Təhlillər göstərir ki, bu müharibədə tərəflərin hərəsinin öz maraqları var. Konkret faktlara, mənbələrə istinad edərək, gerçəkdə bu maraqların nədən ibarət olduğunu ortaya qoymağa calışacam...

Yelin, Oksfordun, Harvardın, «MDU»-nun məzunlarının hamısı birdən dəli olub?

Qərb və Rusiya siyasi dairələrinin günümüzdəki davranışlarını böyük müharibəyə hazırlıq kimi dəyərləndirsək, bu zaman onların hərəkətlərinin nə qədər məntiqi və məqsədyönlü olduğunu görərik. Əgər düşünsək ki, onlar sülh uğrunda mübarizə aparırlar, o zaman onların davranışları absurd görünər. Dünyada çox sayda qeyri-adi və səfeh adamlar olsa da, onların sayı o həddə çatmır ki, Yelin, Oksfordun, Harvardın və MDU-nun (Moskva Dövlət Universiteti) məzunlarının hamısının eyni vaxtda dəlilik həddinə çatdığını düşünəsən!

Son dövrün prosesləri açıq-aydın göstərir ki, «böyük boss»lar ciddi-cəhdlə böyük müharibəyə hazırlaşırlar! Artıq bu, müzakirə və mübahisə mövzusu deyil. Bəs səbəb nədir? Neftin variasiya edən qiymətləri? Yox! Hadisələrin zənciri başqa səbəbə barmaq tuşlayır.

«Zəncir»ə diqqət yetirək. Əvvəlcə, Nyu-York birjası çökdü. 2000-ci il yanvarın ortalarında Dow Jones-un indeksi 11722 rəqəmli yuxarı həddə çatdı, ardınca enməyə başladı, Bununla da 90-cı illərdən bəri davam edən və bərabəri olmayan yüksəliş sona çatdı (Böyük Depressiya dövründəki kimi - 1929 il).

2000-ci ildə Qərb iqtisadi sisteminin böhranı başladı. Dərinliyinə və miqyasına görə, Böyük Depressiya ilə müqayisə oluna biləcək böhran. Amma bu barədə geniş ictimaiyyətə heç nə deyilmədi. Bəs söz azadlığı, müstəqil ekspertlər hara yoxa çıxdı? Heç yerə - sən demə, azad mətbuat və müstəqil ekspertlər bir pultdan idarə olunurmuş. Pultun sahibi düyməni basan kimi hamı birdən susdu.

Kennedinin öldürülməsini yada salın. Bu qətli kimin «sifariş etdiyi»ni anlamaq üçün onun ölümündən sonra ABŞ-ın vitse-prezidentinin əmri ilə ilk növbədə Kennedinin qəbul etdiyi hansı qərarların ləğv olunduğuna diqqət yetirmək kifayətdir. Kennedinin ölümündən bir-iki il sonra Çikaqo qəbristanlıqlarında 100-dən artıq «həddindən artıq çox bilən və görən» insanlar dəfn olundu. Bu, hələ geniş ictimaiyyətə məlum olanlardır, məlum olmayanların sayı qat-qat çoxdur...

Dollar düşdü - ağızlar açıldı

Dollar düşməyə başlayan kimi ağızal açıldı, böhran barədə söhbətlər başladı. Çünki bu, çoxlarının cibinə təsir göstərməyə başladı - gizlətməyə lüzum qalmadı. ABŞ-da böhranın müzakirəsinə qoyulmuş qeyri-rəsmi qadağa götürüldü. Fəqət, böhran təkcə ABŞ-ı sarmırdı...

2001-ci ilin ortalarına qədər birja indeksləri düşməkdə davam etdi. Kapitalizmin ümumi böhranı göz qabağında idi. Təcili olaraq nə isə etmək zazım idi. Özünü çox gözlətmədi. 11 sentyabr 2001-ci ildə «Boinq»lər uçub gəldi - ÜTT-nin qülləsini vurdu və bütün dünyada terrorla mübarizəyə start verildi. Ardınca Əfqanıstan kampaniyası oldu, 2003-cü ildə İraqın işğalı yaşandı və... səhmlərin qiymətləri sürətlə qalxmağa başladı. Xatırdadaq ki, 2000-ci ilin əvvəlindən 2003-cü ilin yanvarına qədərki mərhələdə dünyanın bəzi aparıcı indeksləri ortalama, 25-49 faiz, bəziləri isə hətta 2-3 dəfə düşmüşdü.

Amerkalılar və ingilislər İraq neftini ələ keçirəndən dərhal sonra birjalarda neftin qiyməti qalxmağa başladı. Qiymətlərin qalxmasında bir çoxları Nyu-york və London birjalarından olan möhtəkirləri günahlandırır. Amma belə deyil. Yetər ki, İrak neftinin ələ keçirilməsindən sonra ABŞ prezidenti Buşun davranışlarına diqqət yetirək. Məlumdur ki, hadisələrdən az sonra prezident Buş bioyanacaq istehsalı barədə «milli proqram»ı böyük səs-küylə elan etdi - dərhal ərzaq məhsullarının qiyməti sürətlə qalxmağa başladı...

Nəticə

Borc böhranı qaçılmaz həddə çatan kimi (miqyasına görə 1929-cu ildə başlanan Böyük Depressiyanı geridə qoyan!) kapital akulaları Böyük müharibəyə hazırlıq görməyə girişdilər. Yerdə qalanların hamısı - yeni nüvə fuqaslarının işlənməsi, təyyarə-robotların yaradılması, «vəhhabilərin ekspansiyası», NATO-ya yeni-yeni üzvlərin qəbulu, Qərb ölkələri tərəfindən alınan müddətli xarici borclar və s. məhz Böyük müharibəyə hazırlığın elementləri idi. Neft burada yalnız effektli «tətik» rolunu oynayır. Səbəbi isə Qərbin siyasi-iqtisadi sisteminin daxilində axtarmaq lazımdır. Beləliklə, Qərbin qarşısında iki variant dayanmışdı: Birincisi, bu sistemin özünü dəyişmək (yeni oyun qaydaları tətbiq etmək və maliyyə kapitalının spekulyativ gəlirlərini önləmək); İkincisi isə müharibəyə başlamaq! Dünyanın siyasi elitası müharibəni seçdi...

(II yazı)

2003-cü ildə Qərbdə bağlı qapılar arxasında «yekun qərar» qəbul olundu. İctimaiyyətə bu barədə bir kəlmə də deyilmədi. Fəqət, amerikalılar İraqa soxulanda hər kəs özü-özlüyündə anlayırdı ki, məsələ İraqla bitməyəcək...

Birdən-birə inkişaf etmiş dövlətlərin əksəriyyəti sanki «komanda altında» nəinki borc götüməyə, sözün gerçək mənasında, «boğaza qədər borca girməyə» başladı. Borc məbləğləri o qədər nəhəng idi ki, prinsipcə qaytarılmasının mümkünsüz olduğu əvvəlcədən aydı idi. Məsələn, İsveçrə cəmi bir neçə il ərzində əhalisinin adambaşına 177 min dollar xarici borca girdi. İngiltərə ondan bir qədər geri qalırdı - adambaşına 172 min dollar (rəqəmlər 2000-2008-ci illər üçün «The World Factbook»un hesabatından götürülüb). Əgər borc məbləğlərini hər işləyən isveçrəlinin və ingilisin sayına bölsək, onda adambaşına 1/3 milyon dollar xarici borc düşür. Əcəba, bunlar dəli olublar?! 2007-ci ilin əvvəlinə olan məlumata görə, ən çox borcu olan dövlətlərin siyahısına - İrlandiya, İsveçrə, İngiltərə, Niderland, Belçika, Norveç, Avstraliya, Danimarka, Honkonq, Fransa, İsveç, Almaniya, Finlandiya, İspaniya, ABŞ (ABŞ siyahıda 15-ci yerdə gedirdi), İtaliya, Portuqaliya daxil idi. Bunun günahkarı məgər neft və qaz idi?

Absurd iqtisadiyyatı!

Suala çavab tapmaq üçün siyahıya diqqətlə baxmaq lazımdır. Sıra ilə 6-cı yerdə Norveç dayanıb ki, bu ölkə lap son vaxtlarda hər bir norveçliyə 100 min dollar hesabı ilə borc götürmüşdü. Hamıya məlumdur ki, Norveç dünyanın ən iri neft-qaz ixracatçılarından biridir - o, hər bir norveçliyə hesalamaqla, gündə 116 litr neft ixrac edir və bu göstəriciyə görə yalnız Küveytdən geri qalır (gündə adambaşına 125 litr neft). Norveç adambaşına hesablamaqla gündə 16 min kubmetr qaz ixrac edir ki, bu göstərici üzrə o, yalnız Qatar və Bruneydən geri qalır. Bu göstəricilər imkan verirdi ki, həmin dövrün qiymətləri ilə hesablasaq, norveçlilər ümumiyyətlə, işləməsin və il ərzində maral qoşulmuş xizəklə gəzib, əylənə bilsinlər (necə ki, Küveytlilər dəvə ilə gəzirlər). Amma bunun əvəzində, Norveç qızdırmaya tutulmuş xəstə kimi, borc götürməyə girişmişdi!

Əgər 2003-cü ilə qədər Norveçin «xarici borc» qrafasında «Norveç yalnız xarici kreditordur» yazılmışdısa, 2007-ci ildə bu ölkə artıq 469 milyard dollar borc öhdəliyi altına girmişdi. Razılaşaq ki, cəmi-cümlətani 4,6 milyon əhalisi olan bir ölkə üçün pis sıçrayış deyil!

ABŞ və İngiltərə ümümiyyətlə, son vaxtlar hər il 2,0 trilyon dollar borc gütürür (ABŞ-ın borcu barədə ayrıca söhbət açacam). Bəs, belə nəhəng borcu necə qaytarmaq olar və ümumiyyətlə, qaytarmaq olarmı? Cavab birmənalıdır - heç cür!

Tarixə ekskurs

Ümumiyyətlə, borc qaytarmağın 3 mümkün yolu var: Daha çox məhsul satmaq, yenə borc götürmək və kreditoru öldürmək.

Ən sadə, populyar və asanı isə göründüyü kimi, kreditoru öldürməkdir. Bu istiqamətdəki tarixi təcrübə xeyli ibrətamizdir. Məsələn, məlumdur ki, Fransa kralı əvvəlcə ölkədə fəaliyyətdə olan ən varlı cəngavər ordeni tampliyerlədən böyük məbləğdə borc alıb. Ardınca isə kral bu ordeni qanundan kənar elan edib, üzvlərinə divan tutub (1310-cu il), xəzinəsini isə mənimsəyib.

Roma Papası da buna etiraz etməyib, çünki... onun da tampliyerlərə borcu var imiş. Ona görə də Papa tampliyerləri iblisin xidmətçiləri elan edib.

Bu yerdə, ingilis yazıçısı (jurnalisti) H.K.Çestertonun keşiş Braun atanın dilindən dedikləri yada düşür:

- ...Ağıllı adam yarpağı harada gizlədər?

- Yarpaqların arasında.

- Bəlkə yarpaq yoxdur?

- Meşə salar.

- Ağıllı adam ölü yarpağı harada gizlədər?

- Ölü yarpaqların arasında?

- ...

- Ölü yarpaq yoxdursa, ölü meşə salar.

- Bəs ağıllı adam meyiti harada gizlədər?

- Meyit qalağının altında.

Buradan belə çıxır ki, meyit qalağı yoxdursa, müharibəyə başlamaq lazımdır ki, ölənləri qalaqlayıb bir yerə yığsınlar...

Digər misallar də gətirmək olar, amma yazdıqlarım da kifayətdir ki, hörmətli oxucular fikir axarıma köklənə bilsinlər...

«Sərsəmlik»?

Bu «sərsəmliyi» yalnız aşağıdakı fikirlə izah etmək olar - heç kim borcunu qaytarmaq fikrində deyil! Ona görə də 2003-cü ildə Böfük müharibəyə başlamaq və dünyanın valyuta sistemini tam buraxmaq barədə prinsipial qərar qəbul olundu. Elitası seçilmişlərin klubuna daxil olan və buna görə də baş verənlərdən xəbərdar dövlətlər istənilən faizlə borc götürməyə, istənilən vekseli imzalamağa hazır dayanmışdılar. Seçilmişlər klubuna dəvət edilməyən Honkonq elitası 2007-ci ilə qədər nə baş verdiyini müəyyən etmək üçün baş sındırdı. Məsələni anlayan kimi bircə ilin içində 0,5 trilyon dollar (adambaşına 70 min dollar!) borc götürdü! Bunun adı nədir - absurd iqtisadiyyatı?!

Xeyir, bu, sadəcə Böyük müharibəyə hazırlıqdır və məlumdur ki, əvvəlcədən hazırlanmış siyahı üzrə kreditorların mövcudluğuna son qoyulacaq.

Bir misal da maraqlı olardı. Buşun prezidentliyi dövründə ABŞ-ın hərbi büdcəsi 75,0 faiz artaraq, 0,5 trilyona çatmışdı (nəhəng məbləğdə borcunun olmasına rəğmən). Çinin hərbi büdcəsi 1/3 trilyona çatmışdı. Bütün bunlar Böyük müharibəyə hazırlıq deyil, bəs nə idi?..

Nəzəri mümkün ssenari

Müharibənin ssenari eskizlərini qaralamaq heç də çətin deyil. Məsələn, günlərin birində «İslam terrorçuları» (səudiyyəlilər və ya iranlılar) ya Pakistandan, ya da Rusiyadan atom bombası oğurlayıb, onu Avropanın mərkəzində partladacaqlar. Bəşəriyyətə qarşı belə vəhşi cinayətin törədilməsindən sonra Amerkalılar qisas almaq məqsədilə məhdud güclü (minimal radioaktiv zəhərləmə xassəli) yeni nəsil atom fuqaslarının tətbiqi barədə qərar qəbul edəcəklər. Qeyd edim ki, bu yaxınlarda amerikalı alimlər belə fuqaslar yaradıblar. Nüvə silahı müharibəni xeyli asanlaşdıracaq - mövcud və mümkün terrorçuların (və onların himayədarlarının) yalnız külü qalacaq və s. Bu məqamda istər-istəməz düşünməli olursan: son onillik ərzində ABŞ Dövlət Departamenti tərəfindən dünyanın hər yerində vəhhabilərin açıq-aşkar himayə olunması yuxarıda yazdıqlarımla əlaqəli deyil ki?..

Borc sayğacı

Nyu-York şəhərində binaların birinin divarına vurulmuş bir tablo var (Manhetten, 6-cı avenyü ilə 44 Vest strit küçəsinin tinində) - ABŞ-ın dövlət borcunu əks etdirən nəhəng sayğac. Bu sayğaca baxmaqla, real zaman çərçivəsində ABŞ dövlət borcunun necə artdığını izləmək mümkündür. Bu sayğacda informasiya saniyə ərzində bir neçə dəfə dəyişir.

31 dekabr 2009-cu ildə ABŞ-ın xarici borcu 13,0 trilyon dollar təşkil edib. 16 yanvar 2011-ci il vəziyyətinə 14,0 trilyon dollar, 30 dekabr 2011-ci il vəziyyətinə 15,0 trilyon dollar, 08 yanvar 2015-ci il vəziyyətinə isə 18,1 trilyon dollar təşkil edib. Bu, dünya rekordu deməkdir! Bütün bunlara rəğmən, hər gün ABŞ-ın hansısa dövlətə və ya təşkilata yardım məqsədilə böyük məbləğlərdə maliyyə ayırdığı barədə məlumatlara rast gəlinir. Di gəl, bunu anla...

«Səxavətli» dövlət

ABŞ hökuməti qənaətə meylli deyil və büdcəsində də əsasən, qənaətə yer vemir. Bu səbəbdən dolayı, hökumət tez-tez bəlli situasiya ilə üzləşir - büdcənin xərcləri gəlirlərini üstələyir. Bu zaman Konqres çox da baş sındırmadan situasiyaya ani olaraq trejerlərin (borc obliqasiyaları) buraxılması ilə reaksiya verir. Obliqasiyalar özəl investorlara və xarici dövlətlərin mərkəzi banklarına təklif olunur. Məsələn, təkcə 2012-ci ildə ABŞ Çinə və Yaponiyaya 5,0 trilyon dollar məbləğində trejer satmağa müvəffəq olub. Günümüzə olan məlumata görə, hazırda ABŞ borc kağızlarının əsas saxlancı qismində aşağıdakı ölkələr çıxış edir: Çin, Yaponiya, Böyük Britaniya, İsveçrə və s. Rusiya da bu onluğa daxildir. Maraqlıdır ki, bu kağızlar dünyada ən etibarlı borc kağızları hesab olunur. Məhz bu səbəbdən dolayı ABŞ hökuməti həmin kağızlara görə, ən aşağı faizlər tətbiq etmək imkanı əldə edir.

İndi isə gəlin fikirləşək... Böyük müharibə başlayacağı təqdirdə bu kağız parçaları kimə lazım olacaq?..

Mirzə AĞ

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar