Menu

Rusiya Xersonda təcili yardım maşınını vurdu – VİDEO

05.06.2026, 10:45
Rusiya Xersonda təcili yardım maşınını vurdu – VİDEO

Rusiya ordusu Xersonun Ukraynanın nəzarətində olan Dneprovski rayonunda təcili tibbi yardım maşınını dronla vurub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediasında və sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Zərbə nəticəsində üç tibb işçisi yaralanıb. 64 yaşlı qadın və 65 yaşlı kişi beyin silkələnməsi və mina partlayışı xəsarətləri alıb. 45 yaşlı qadına isə beyin silkələnməsi və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Bu barədə Xerson Şəhər Hərbi Administrasiyası məlumat verib.

Bu, rus ordusunun təcili tibbi yardım maşınlarına ilk hücumu deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol