Menu

Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşdü - VİDEO

17.10.2026, 09:35
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşdü - VİDEO

Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan supertankerin minaya toxunması nəticəsində partlayış və güclü yanğın baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, tanker bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd göstərib. Gəminin heyəti bu məqsədlə ABŞ hərbçilərinin dəstəyindən yararlanmağa çalışıb.

Tankerin adı, hadisənin dəqiq vaxtı və yeri açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol