Menu

Beynəlxalq axtarışda olan azərbaycanlı ələ keçdi

13.03.2015, 11:16
Beynəlxalq axtarışda olan azərbaycanlı ələ keçdi

Beynəlxalq axtarışda olan azərbaycanlı martın 12-də Qazaxıstanda tutulub. APA-nın “Novosti-Kazaxstan” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bir sıra cinayətlərdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb.Yerli polisin verdiyi məlumata görə, ərazidə “Axtarış” adlı dövlətlərarası genişmiqyaslı əməliyyat keçirilib.

Nəticədə qanunsuz silah-sursat əldə etmə, oğurluq, odlu silah saxlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 46 yaşlı azərbaycanlı saxlanılıb.

O müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Saxlanılan şəxsin adı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol