Menu

"BP "Şəhdəniz Mərhələ 2" layihəsinə 10 mlrd. dollar yatırıb"

13.03.2015, 14:03

BP emblem 270710BP şirkəti "Şahdəniz Mərhələ 2" layihəsinə 10 mlrd. ABŞ dolları yatırıb. "APA-Economics"in məlumatına görə, bunu "Financial Times" qəzetinə BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel bildirib.

"BP "Şahdəniz" kondensat qazı yatağının işlənməsinin ikinci mərhələsinə 10 milyard dollar yatırıb", - deyə Q. Birrel bildirib.

Regional prezident qeyd edib ki, yatağın işlənməsinə və Azərbaycandan İtaliyaya çəkiləcək 3500 kilometrlik boruya yatırılacaq 45 mlrd. dollardan 10-12 mlrd. dolları Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan hökumətinin payına düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol