Menu

Türkiyə Gürcüstan ordusuna 344 min dollar ayıracaq

13.03.2015, 15:17
Türkiyə Gürcüstan ordusuna 344 min dollar ayıracaq

Türkiyə hökuməti Gürcüstan ordusuna 900 000 türk lirəsi (344 min dollar) ayıracaq. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin iclasında bildirilib.

Bu məbləğ Gürcüstan Silahlı Qüvvələrinə, habelə Marneulidəki hərbi aeroportun modernləşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, bu gün Gürcüstan müdafiə nazirinin I müavini Qoça Ratiani parlamentin maliyyə-büdcə komitəsinin iclasında ötən ilin dekabrın 15-də imzalanmış “Gürcüstan və Türkiyə hökumətləri arasında hərbi-maliyyə əməkdaşlığı haqqında” müqaviləni təqdim edib. Deputatlar sənədin ratifikasiyasını dəstəkləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol