Menu

Nemtsovun güllələndiyi ərazinin yaxınlığındakı çaydan iki tapança tapıldı

13.03.2015, 22:22
Nemtsovun güllələndiyi ərazinin yaxınlığındakı çaydan iki tapança tapıldı

Dalğıclar Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında, Moskva çayının dibindən iki tapança aşkar ediblər."İnterfaks" agentliyinin verdiyi məlumata görə, onlardan birinin B.Nemtsovun qətlində istifadə edilmədiyi dəqiqləşib. İkinci tapança üzrə ballistik ekspertiza isə hələ əldə edilməyib.

Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb ("Trend").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol