Menu

ABŞ birgə hərbi təlimlər keçirəcək

14.03.2015, 08:47
ABŞ birgə hərbi təlimlər keçirəcək

Martın sonunadək ABŞ və Polşa Silahlı Qüvvələrinin iştirakı ilə Polşa ərazisində hərbi təlimlər keçiriləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bildirib.

Onun sözlərinə görə, təlimlərdə o cümlədən “Petriot” zenit-raket komplekslərindən istifadə ediləcək.

“Təlimdə 100-ə yaxın ABŞ hərbçisi və 30 hərbi nəqliyyat vasitəsi iştirak edəcək”, deyə Uorren qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol