Menu

Özbəkistandakı səfirliyimiz məhkəməyə verildi

14.03.2015, 10:23
Özbəkistandakı səfirliyimiz məhkəməyə verildi

Azərbaycanın Özbəkistandakı səfirliyi məhkəməyə verilib. Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinin saytına istinadən xəbərinə əsasən verdiyi məlumata görə, səfirliklə yanaşı, Özbəkistan Daxili İşlər Nazirliyinin Daşkənd şəhəri Çilinzar rayonunun Daxili İşlər İdarəsinin Giriş-Çıxış və Vətəndaşların Qeydiyyatı Bölməsi və Daşkənd Aeroportu “Özbəkistan Hava Yolları” aviakompaniyası da məhkəməyə verilən qurumlar sırasındadır. İddiaçı tərəf isə Əhmədova Əminət adlı vətəndaşdır.

Vətəndaş adıçəkilən qurumlardan məcburetmə, mübahisələndirmə və vurulmuş ziyanın ödənilməsini tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol