Menu

14 saylı “zon”da məhkumun qaçışının qarşısı alınıb

15.03.2015, 13:29

hebsxana-postu.15Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkumlardan biri oradan qaçmağa cəhd edib. Məhkum Cəzaçəkmə Müəssisəsinin ərazisini gizli yolla tərk etmək üçün anbara girib və orada gizlənib. Yoxlama zamanı müəssisəsdə saxlanan məhkumlardan birinin olmadığını öyrənən nəzarətçilər təcili onun axtarışlarına başlayıblar.

Məhkum anbarda olan tikinti materiallarının altında aşkar edilib. Bu hadisə ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, onlarda belə bir məlumat yoxdur.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol