Menu

Putin raketləri sahilə göndərib

15.03.2015, 17:57
Putin raketləri sahilə göndərib

Prezident: "Krım yarımadası ən yüksək səviyyədə müdafiə olunur"

Krımın müdafiəsi üçün yarımadaya "Bastion" sahilyanı raket kompleksi yerləşdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında yayımlanan "Krım. Vətənə dönüş yolu" filmində müsahibəsi zamanı bildirib.

Putin bildirib ki, "Bastion" yüksək dəqiqlikli silahdır.

"Bu sistemi yarımadada elə bir şəkildə yerləşdirmişik ki, silahları kosmosdan belə ayddın şəkildə görmək mümkündür. "Bastion" müdafiə xarakterli kompleksdir və Krımı qoruyur. Hesab edirəm ki, "Bastion" sistemi günümüzdə sahilyanı qorumaq üçün ən effektli kompleksdir. Krım yarımadası ən yüksək səviyyədə müdafiə olunur", - deyə Eusiya prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol