Menu

Bazar ertəsinə qədər yaşayaq...

15.03.2015, 18:25
Bazar ertəsinə qədər yaşayaq...

Son bir neçə gün ərzində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adı ətrafında yayılan xəbərlər Azərbaycanda da geniş ictimaiyyətin diqqət mərkəzinə gəlib. Yaranmış qeyri-müəyyənlik fonunda insanları bir sual düşündürür: Görəsən nə baş verir? Putinə nə olub - O, haradadır ki, görsənmir?

Rəsmi Kremlin buna yönəlik davranışı isə vəziyyəti bir qədər də qəlizləşdirir: Kreml ya israrla susur və Putinin harada olması barədə ağılabatan bir açıqlama vermir, ya da çox primitiv xəbərlər yaymaqla, insanları bir qədər də çaşdırır...

Məsələn, Kremlin son açıqlamasına əsasən, gözlənilir ki, Rusiya prezidineti martın 16-da (bazar ertəsi) Sankt-Peterburqda (? -red.) Qırğızıstan prezidenti Atambayevlə görüşəcək. Bu gün isə «Dojd» telekanalı bildirdi ki, Putin özünün Valdaydakı iqamətgahındadır. Belədə «qaçan cığır»da məntiqi bir sual «bərq vurur»: Sabah Sankt-Peterburqda görüş keçirməli olan prezident nə üçün Valdayda (Novqorod vilayəti) istirahət edir - S.Peterburqda istirahət ediləsi bir yer yoxdurmu (üstəlik də S.Pererburq Putinin doğma şəhəridir)? Prezidentin mətbuat katibi isə bu məlumatı şərh etməkdən boyun qaçırıb. Eyni zamanda Peskov prezidentin qripə tutulma mümkünlüyü barədəki ehtimalı şərh etməyib. Bunlar barədə Peskov konkret olub: «Mövzu qapandı»!

Bu arada isə sabahkı görüşlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Məsələn, tanınmış bloqer Rüstəm Adaqamov özünün Tvitter səhifəsində yazıb ki, sabahkı görüşə jurnalistlərin nəzərdə tutulmuş akkreditasiyası ləğv olunub.

Bu xəbərələ bağlı prezidentin mətbuat xidməti bildirib ki, (Slon.ru) akkreditasiya gerçəkdən də dayandırılıb, amma artıq akkreditasiyadan keçməyə macal tapmış (?!) KİV nümayəndələri görüşü işıqlandıra biləcəklər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol