Menu

Nüvə danışıqlarının yeni raundu başlayır

15.03.2015, 19:13
Nüvə danışıqlarının yeni raundu başlayır

Ağ Ev Konqresin İranla nüvə proqramına dair danışıqlara müdaxiləyə son qoymasını istəyir. Ağ Evin administrasiyasının rəhbəri Dennis Makdona Konqresə göndədiyi məktubda xəbərdarlıq edib ki, İranla nüvə proqramına dair əldə ediləcək hər hansı razılaşmanın Konqres tərəfindən təsdiqini nəzrədə tutan qanun layihəsinin danışıqlara mənfi təsiri ola bilər.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezident Barak Obama təklif edilmiş qanun layihəsinə veto qoyacağını deyib.

ABŞ Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların növbəti raundunu keçirmək üçün bazar günü İsveçrəyə səfər edir. Tərəflər martın 31-i qoyulmuş son möhlətə qədər İranın nüvə proqramı ilə bağlı razılıq əldə etməyə çalışır.

Şənbə günü Misirdə danışan Con Kerri danışıqlarda müəyyən inkişafın əldə edildiyini, lakin hələ də bir sıra fikir ayrılıqlarının qaldığını və irəliyə addım atmaq üçün İran tərəfin mühüm seçimlər etməli olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol