Bu dəqiqələrdə Binə Ticarət mərkəzində yanğın baş verib.Hadisə yerində olan şahidlərdən birinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın elektrik malları mağazasında baş verib.
Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.
Şahidin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə Xidməti yanğının qarşısını almağa çalışır.
Məsələ ilə bağlı Publika.az saytı Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə əlaqə saxlayıb. O qeyd etdi ki, kiçik bir yanğın olub və söndürülüb.


Şərhlər