2015-ci ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4,04 milyard ABŞ dolları təşkil edib. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, xarici ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 18.65 % azalmışdır.
Yanvar-Fevral aylarında Azərbaycanın idxalının həcmi 1,71 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 43.45 % çoxdur.
FEVRALDA İDXAL ARTIB
Yanvar ayında 574, 22 milyon dollarlıq, Fevral ayında isə 1,13 milyard dollarlıq mal idxal olunmuşdur.
2015-ci ilin ilk 2 ayı ərzində Azərbaycanın ixracı 2,334 milyard ABŞ dolları təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 38.2 % azdır.
FEVRALDA İXRAC AZALIB
Cari ilin Yanvar ayında 1,24 milyard dollarlıq, Fevral ayında isə 1,06 milyard manatlıq mallar ixrac olunub. İki ayda xam neft ixracı 38,2% azalıb.
Yanvar-Fevralda Azərbaycanın xarici ticarət əməliyyatlarının saldosu 627,4 milyon dollar təşkil edib.


Şərhlər