POLİSƏ TƏSİR EDƏ BİLMƏYİB, MƏHKƏMƏNİ ƏLƏ ALIB - Muxtar Məmmədov kimdir?

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlınını qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının kimliyi ilə bağlı strateq.az saytı maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü isə 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Deyilənə görə, Muxtar Məmmədovla Əli Ansuxskinin qohumluq əlaqələri də mövcuddur. Onun hazırda Rusiyada böyük metal biznesinin olduğu da söylənir.

Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.

Strateq.az-ın əldə etdiyi məlumata görə, polisin həbs etdiyi əkiz qardaşların azadlığa buraxılması üçün Muxtar Məmmədovun Azərbaycandakı nüfuzlu əlaqələri dərhal hərəkətə keçiblər. Ancaq polis orqanları prinsipiallıq göstərərək, cinayət faktını gizlətməkdən imtina ediblər. Maraqlıdır ki, Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verisə də, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova hər iki iki şəxsin məhkəmə zalından azad edilməsi qərarını çıxarıb.

Qeyd edək ki, Raziyə Ataşovanın hansı səbəbdən və kimlərin vasitəçiliyi ilə belə qərar qəbul etməsi haqda da bizə məlumat verilib. Ancaq bu məlumatları faktlarla sübuta yetirmək imkanı olmadığından, onu yayınlamırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar