Menu

Azərbaycana girişinə qadağa qoyulmuş türkiyəli jurnalist saxlanıldı

27.10.2026, 01:44
Azərbaycana girişinə qadağa qoyulmuş türkiyəli jurnalist saxlanıldı

Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım Türkiyənin İstanbul şəhərində saxlanılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yerli mətbuat Məhəmməd Emin Yıldırımın sosial şəbəkədəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanıldığını xəbər verib. Lakin hüquq-mühafizə orqanları onun nə üçün saxlanıldığını açıqlamayıb.

Xatırladaq ki, Azərbaycan oktyabrın 21-də Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb. Muhammed Emin Yıldırımın da adı həmin şəxslərin siyahısındadır. / "Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol