Menu

Ərdoğan Azərbaycan şeiri oxudu

17.03.2015, 16:14
Ərdoğan Azərbaycan şeiri oxudu

Türkiyə prezidenti insanlara hisslərini şeirlə çatdırıb

Rəcəb Tayyib Ərdoğan Qarsda Heydər Əliyev adına liseyin açılışında xalq şairi Bəxtiyar Vahabzadənin şeirini oxuyub. Anspress-in məlumatına görə, Azərbaycan-Türkiyə münasibətlərindən və Novruz bayramından danışan Türkiyə prezidenti insanlara hisslərini şeirlə çatdırıb:

"Bir ananın iki oğlu,

bir amalın iki qolu.

O da ulus, bu da ulus,

Azərbaycan, Türkiyə

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan, Türkiyə".

Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir: "Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur", - deyə prezident söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol