Menu

Ülkər İsayevanı döyən cərimə olunub – 11 min 600 manat

17.03.2015, 18:16
Ülkər İsayevanı döyən cərimə olunub – 11 min 600 manat

Dövlət Yol Polisi İdarəsi “Xəzər” Universitetinin rektorunun qızı Ülkər İsayevanı döyməkdə adı hallanan Elin Məmmədovun xuliqanlıq hərəkətləri etməsi ilə bağlı məlumata reaksiya verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun aznews.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün 2014-cü ilin avqustunda 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Sözügedən şəxsin barəsində müvafiq tədbirlər görülüb.

V. Əsədovun sözlərinə görə, E. Məmmədovun 94 MMX radarı olub. Buna görə Elin Məmmədov 11 min 600 manat miqdarında cərimə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol