Menu

“Qarabağ azad ediləndən sonra da bu cür mərasim keçirəcəyik” - Davudoğlu

18.03.2015, 15:05
“Qarabağ azad ediləndən sonra da bu cür mərasim keçirəcəyik” - Davudoğlu

“Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun”.

Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin “Azərbaycana hansı mesajı vermək istərdiniz?” sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.

Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: “İnşallah, Qarabağ azad ediləndən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”.

Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol