Menu

Hava Yollarında skandal: təyyarədə "Səfər duası" verildi - Foto

18.03.2015, 15:16
Hava Yollarında skandal: təyyarədə "Səfər duası" verildi - Foto

Türk Hava Yolları Şirkətinin İstanbul-London reysində maraqlı hadisə baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təyyarə havaya qalxmadan öncə sərnişinlərin əyləşdiyi kresloların arxasındakı monitorda Məhəmməd Peyğəmbərin səfərə çıxmazdan qabaq etdiyi "Səfər duası" yayımlanıb.

Sərnişinlərin şikayətindən sonra duanın yayımı dayandırılıb. Lakin qısa fasilədən sonra yenidən nümayiş olunub. Türkiyə Hava Yolları Şirkətindən verilən açıqlamada isə bildirilib ki, bu, texniki nasazlıqdan baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol