Menu

“Dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb” - ABŞ Səfiri 

18.03.2015, 16:23
“Dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb” - ABŞ Səfiri 

“ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səfəri ərzində bir sıra, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib”. APA-nın məlumatıma görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb: “Bunlar enerji, iqtisadiyyat, təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələridir. Xanım Nuland Vaşinqtona qayıdandan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barədə işlər aparılmağa başlayıb. Biz fikirlərimizi Azərbaycana tərəfinə təqdim edəcəyik, Azərbaycan tərəfinin də fikrilərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyətinin fikirlər öyrənilməli, onlarla da iş aparılmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol