Menu

FHN-də generalların sayı artdı

15.12.2013, 11:32
FHN-də generalların sayı artdı

Nazirliyin iki yüksək vəzifəli əməkdaşının və Naxçıvan MR fövqəladə hallar nazirinin rütbələri yüksəldilib

Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Məhərrəm oğlu Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, başqa sərəncamlarla Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı İsmayıl oğlu Abdullayevə isə general-leytenant hərbi rütbəsi verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol