Menu

Avtonəqliyyat idxalı kəskin azalıb

18.03.2015, 19:57
Avtonəqliyyat idxalı kəskin azalıb

İki ayda Azərbaycana 7,5 min avtomobil tədarük edilib. Bu, ötən ilin eyni dövründəkindən 43% azdır.

Hesabat dövründə xaricdən 7 min. 31 minik avtomobili alınıb. Bu, ötən ilin eyni dövründəkindən 4967 ədəd azdır. Qeyd edək ki, dövlət bu il polis üçün 700 avtomobil alıb.

I Avropa Oyunları ilə bağlı ilin əvvəlindən 119 avtobus alınıb. Onlar əsasən Bakıda qonaqlara xidmət göstərəcək.

Bu il yük avtomobili idxalı (339 ədəd) və xüsusi təyinatlı nəqliyyat vasitələri idxalı (22) 3 dəfə azalıb.

Qeyd edək ki, bu ildən Azərbaycanda avtonəqliyyat vasitələri idxalı üzrə aksiz dərəcələri artırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol