Menu

Bayram günlərində hava necə olacaq? - Proqnoz

19.03.2015, 12:47
Bayram günlərində hava necə olacaq? - Proqnoz

Martın 20-də hava yağıntılı olacaq, 21-də isə yağıntılar kəsiləcək

Bakıda və Abşeron yarımadasında martın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacaq. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Martın 21-də yağıntılar tədricən kəsiləcək, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Temperaturda mühüm dəyişiklik gözlənilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol