Menu

Avropa Oyunlarının ilk bileti satıldı (VİDEO)

19.03.2015, 15:42
Avropa Oyunlarının ilk bileti satıldı (VİDEO)

Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015” Avropa Oyunlarının ilk biletini alıb. AzVision.az-ın xəbərinə görə, bu barədə Avropa Oyunları 2015-in mədəni tədbirləri üzrə müşaviri Zəhra Bədəlbəyli məlumat verib.

O bildirib ki, prezident bileti martın 19-da səhər saatlarında alıb.

Birinci Avropa oyunları bu il 12-28 iyun tarixində keçiriləcək.

Azərbaycan hökuməti oyunların keçirilməsinə 950 milyon manat ayrıldığını bildirir. Bəzi iqtisadçılar isə hesab edirlər ki, bu idman yarışına xərclənən ümumi məbləğ 4 milyard manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol