Menu

Ermənistan Müdafiə Nazirliyi cəbhədə verdiyi itkiləri bir-bir açıqlayır

19.03.2015, 18:15
Ermənistan Müdafiə Nazirliyi cəbhədə verdiyi itkiləri bir-bir açıqlayır

Ermənistan ordusu qoşunların təmas xəttində təxribatlar törədərkən xeyli itki verib.ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi öldürülən daha bir erməni əsgərin adını açıqlayıb.Açıqlamada bildirilir ki, martın 3-də təmas xəttində Dağlıq Qarabağda Ermənistan ordusunun 19 yaşlı əsgəri Arsen Karapetyan aldığı güllə yarasından elə yerindəcə keçinib. Nazirliyin məlumatında o da bildirilir ki, fevralın 28-də də daha iki erməni əsgəri öldürülüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib. Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol