Menu

Millimiz ikinci dəfə darmadağın edildi

19.03.2015, 19:03
Millimiz ikinci dəfə darmadağın edildi

Azərbaycan yığması Portuqaliya yığması ilə qarşılaşıb

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun növbəti oyunları keçirilib. Anspress-in məlumatına görə, Azərbaycan yığması bu gün qrupda ikinci matçına çıxıb. Millimiz Portuqaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.

Serbiya isə eyni hesabla Xorvatiyaya məğlub olub - 0:3.

Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə qarşılaşan millimiz 0:4 hesabı ilə uduzmuşdu. Portuqaliya isə Serbiya ilə qolsuz heç-heçə etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol