RUSİYANIN NÜVƏ HƏDƏLƏRİ: KİM DAHA GÜCLÜDÜR? - "Rusiya ABŞ-ı məhv edə biləcək yeganə ölkədir"

“Rusiyanın nüvə silahı ilə əzələ nümayiş etdirməsinin təhlükəliliyi şişirdilib”

Dərinləşən Ukrayna böhranı və soyuq müharibə dövründən sonra ən aşağı səviyyəyə qədər düşən, korlanmış Rusiya-Qərb münasibətləri fonunda Moskva nüvə silahı ilə əzələ nümayişinə başlayıb. Son zamanlar Rusiyanın strateji raket qoşunları tez-tez təlimlər keçir, ”TU-95" təyyarələri NATO-nun hava müdafiəsini yoxlayır, Vladimir Putin isə Rusiya nüvə arsenalı ilə təhlükəli və yersiz qoçaqlığını göstərir.

Belə bir şəraitdə sözsüz ki, Pentaqon Rusiyanın strateji nüvə güclərində baş verən istənilən dəyişiklikləri diqqətlə izləməlidir. Digər yandan isə Rusiyanın strateji nüvə güclərinə daha geniş konteksdən yanaşmalı və bir sıra mühüm faktorları da nəzərdən keçirməlidir.

2014-cü ilin 1 oktyabr tarixinə olan məlumata görə, ABŞ-ın 1642, Rusiyanın isə 1643 starateji döyüş başlıqlı geniş mənzilli nüvə raketləri var. Geniş mənzilli ballistik raket (GMBR), sualtı qayıqlarda yerləşdirilən ballistik raket və starateji bombardmançıların sayı ABŞ-da 794, Rusiyada isə 528 ədəddir. Beləliklə nüvə başlıqlarının miqdarına görə hər iki ölkə arasında balans mövcuddur, lakin nüvə silahlarının daşınma vasitələrinin sayında Amerika əhəmiyyətli üstünlüyə malikdir.

Ballistik raketli “Trident D-5” sualtı qayığı 8 ədəd döyüş başılığı daşımaq imkanına malik olsa da, Strateji Hücum Silahları (SHS) haqqında bağlanmış müqaviləyə əsasən onlar döyüş başlıqlarının sayını 4 və ya 5 ədədə qədər azaldıblar. Hal-hazırda ABŞ-ın bütün “Minuteman-III” Qitələrarası Ballistik Raketləri (QBR) yalnız bir ədəd döyüşbaşlığı daşıyırlar. Lakin həmin raketlərdə üç döyüş başlığı yerləşdirmək mümkündür. Bunlarla yanaşı Amerikanın arsenalında xeyli sayda nüvə döyüş başlıqları var. Əgər SHS müqaviləsi pozularsa, onda ABŞ öz strateji gücərinin sırasına 1000–dən çox döyüş başlığı əlavə edə bilər. Rusiyanın strateji güclərinin əlində isə belə imkanları yoxdur.

Hazırda Rusiya öz strateji güclərinin modernləşdirilməsi proqramını həyata keçirir. Onlar “Borey” layihəsi çərçivəsində sualtı qayıqlarada yerləşdiriləcək “Bulava” ballistik raketlərini döyüş cərgəsinə qəbul ediblər. Rusiya həmçinin “Topol-M” və onun müxtəlif modifikasiyaları üzərində ciddi iş aparır. Əlavə olaraq onlar 2016-cı ildə yeni “PC- 26” qitələrarası balistik raketlərini döyüş sıralarına qəbul etməyə hazırlaşırlar. Rusiya Federasiyası Hərbi Hava Qüvvələri “Tu-160” və “Tu-95” təyyarələrini əvəzləyəcək yeni “ПAK-DA” strateji bombardımançılar üzərində çalışırlar.

İndi Rusiyanın srateji hərbi gücləri on-on beş il bundan öncəyə görə xeyli dərəcə canlanıb. Lakin bütün bunların hamısı yaranmış geriliyi qapatmaq üçün həyata keçirilən fəaliyyətlərdir. 1991-ci ildə SSRİ dağılan zaman Rusiya iqtisadiyyatı çökmüş, hərbi xərclər isə kəskin şəkildə azalmışdı. 1990-cı illər və 2000-ci illərin əvvəlində Rusiya hərbi qüvvələri demək olar ki, yeni strateji sliahla təchiz edilməmişdi. ”P-36M” və “УP-100 H” kimi bir çox raketlər özlərinin istismar müdətlərini artıq başa vurmaq üzrədirlər. Əgər biz prosesə geniş şəkildə göz gəzdirsək, onda tam aydınlaşar ki, ümumi nəticədə Rusiyanın 1991-2010-cu illər arasındakı strateji gücləri xeyli azalıb, köhnə silahlar sıradan çıxıb, yeniləri isə alınmayıb.

2000-ci illərin əvvəlində neftin qiyməti qalxdıqdan sonra Rusiyanın artan gəlirləri ona hərbi sahə üçün daha çox pul ayırmaq imkanı verdi. Elə məhz həmin vəsaitlər hesabına onlar döyüş cərgələrinə yeni raketlər və sualtı qayıqlar qəbul edə bildilər. Gəlirlərin yüksəlməsi Moskvaya əvvəllər həyata keçirə bilmədikləri şeyləri etməyə imkan yaradıb. Məsələn, Rusiya bombardmançı təyyarələrinin uzaq məsafələrə patrul uçuşları bərpa olunub.

ABŞ və Rusiyanın strateji silahların modernləşdirilməsi bir-birlərindən fərqli şəkildə müxtəlif dövrləri əhatə edir və bu heç də yeni ənənə deyil. 1970-ci illərin sonu - 1980-ci illərin əvvəllərində Sovet İttifaqı öz dövrü üçün müasir sayılacaq yeni strateji sistemlər, əsasən də qitələrarası P-36M və UR-100H raketləri, TU-160 bombardmançı təyyarələri, ”Akula” layihəsindən olan balistik raket daşıyan P-39 sualtı qayıqlarını istifadəyə vermişdi.

ABŞ-ın strateji güclərinin modernləşməsinin pik dövrü isə bir neçə il sonra başladı. 1980-1990-cı illərdə silahlı qüvvələrin sırasında “Ohayo” tipli sualtı qayıqlar, ballistik raketlər daşıyan “Trident D-5” sualtı qayıqları, qitələrarası “MX” ballistik raketləri və “B-1”, ”B-2” bombardmançı təyyarələr yer aldılar. Hazırda Rusiyanın strateji güclərinin modernləşdirilməsi proqramı ABŞ-ı qabaqlayır, lakin on ildən sonra vəziyyət tamamilə başqa cür olacaq. 2020-ci illərin əvvəlinə kimi əgər iqtisadi çətinliklər maneçilik törətməzsə, Rusiya strateji güclərin yenilənməsi ilə bağlı proqramın böyük bir hissəsini yekunlaşdıra bilər. ABŞ isə 2020-ci illərin ortasına qədər “Ohayo” tipindən olan sualtı qayıqları yeniləri ilə əvəzləmək, uzun mənzilli daha müasir bombardımançılar və həmçinin ola bilər ki, nüvə başlıqlı yeni qanadlı raketləri döyüş cərgəsinə daxil edəcək. Bütün bunlara müvafiq olaraq da strateji modernləşdirmə məsələsində ABŞ irəliyə düşəcək.

Amerikan hərbçiləri raketlərin istismar vaxtının uzadılması proqramı çərçivəsində raketlərdən daha uzun müddət ərzində istifadə edirlər. Beləliklə də nəzərdə tutulan həmin proqram əsasında raketlərin daima saz vəziyyətdə qalması və modernləşdirilmə imkanları təmin olunur. Pentaqon hesab edir ki, bu cür variant məsrəf və effektivlik baxımından xeyli dərəcədə yararlıdır. Məsələn, ABŞ-ın qitələrarası ballistik “Minuteman-III” raketləri 1970-ci illərdə silahlı qüvvələrin döyüş cərgəsinə daxil olub. Hazırda ABŞ-ın ixtiyarında 400 “Minuteman-III” raketləri var ki, onlar hələ 2030-cu ilədək istismar ediləcək. ”Minuteman –III”-in Rusiya anoloqu olan “PT-2PM” ABŞ raketlərindən 15 il sonra - 1985-ci ildə istifadəyə verilib. İndi Rusiyanın arsenalında onlardan yalnız 15 ədəd qalıb və hətta bu qalıqlar da 2020-ci ildə döyüş cərgəsindən silinib çıxarılacaq. Göründüyü kimi Rusiyanın “PT-2PM”-ləri “Minuteman –III” raketlərinə nisbətən daha az xidmət göstərirlər.

Hər iki ölkənin ballistik raketlər daşıyan sualtı qayıqlarını da nəzərdən keçirək. Rusiya ilk sınaq buraxılışı 2005-ci ildə həyata keçirilən yeni “Bulava”raketlərini istifadəyə verir. Amerikan donanması isə 1990-cı ildə döyüş cərgəsinə qoşulmuş “Trident D-5” –lərdən istifadə edir. Bu hələ hər hansı bir yeni şeyin həmişə daha yaxşı olması mənasına gəlmir. Çünki son on ildə “Bulava” raketinin 21 sınaq uçuşundan 40%-i uğursuzluqla nəticələnib. "Trident D-5”-lərin Rusiya raketlərindən yaşlı olmasına baxmayaraq, onların dalbadal həyata keçirdikləri 140 uçuşun hamısı uğurla başa çatıb. Digər yandan Moskva daha iri layihələr haqqında da düşünür. Məsələn, Rusiya 10-15 döyüş başlığı daşıya biləcək qitələrarası yeni “Sarmat”raketləri üzərində hazırlıq işləri görür. Maye yanacaqla təchiz ediləcək bu raketlər son dərəcə böyük olduqları üçün onların mütəhərrikliyini təmin etmək xeyli çətinləşəcək. Həm də ki, “Sarmat” raketləri şaxtalardan buraxılacaq. Rusiyalı analitiklər həmin layihənin indiki iqtisadi böhran fonunda vəziyyəti potensial korlaya biləcəyi fikrini irəli sürərək, onu kəskin tənqid atəşinə tuturlar. Onların sözlərinə görə çoxlu sayda döyüş başlığı daşıyan raketin şaxtada yerləşdirilməsi düşmən üçün əsl yüngül hədəfdir.

Məsələ ilə yaxından tanış olduqca Rusiyanın strateji nüvə arsenalının zəif tərəfləri tam aydın görünür. Amma hər halda bunlar Rusiyanın strateji gücərini modernləşdirməsi proqramına ABŞ-ın əhəmiyyətsiz yanaşması anlamına gəlməməlidir. Əlbəttə, şübhəsiz ki, Moskvanın həyata keçirmək istədiyi srateji nüvə güclərinin yenilənməsi proqramının bəzi elementləri narahatçılıq doğurur. Rusiya ABŞ-ı fiziki cəhətdən məhv edə biləcək yeganə ölkədir və bu faktı qətiyyən hesabdan silmək olmaz. Elə ona görə də Vaşinqton öz strateji güclərinin inkişafına lazımı qədər diqqət yetirməlidir.

Qeyd edək ki, indiyədək heç bir ABŞ generalı nüvə arsenalı məsələsində Rusiya ilə yerlərini dəyişmək istədiyini dilə gətirməyib.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar