Seçki öncəsi öz siyasi platformalarını Azərbaycan və Türkiyəyə qarşı nifrət üzərində quran Ermənistandakı qatı millətçi və revanşist qüvvələr bu nifrəti addımbaşı büruzə verməyə çalışırlar.
Seçkiləri müşahidə etmək üçün Ermənistana gələn Türkiyənin keçmiş parlament üzvü, milliyətcə erməni olan Qaro Paylan İrəvanda təhqirlərə məruz qalıb.
“AzPolitika” xəbər verir ki, sosial mediada yayılan görüntülərdə küçədə ona yaxınlaşan bir erməni qadının onu təhqir etdiyi, üstünə bağırdığı, "manqurt" və "Türk casusu" adlandırdığı görünür. Onun İrəvan küçələrində türk dilində danışdığına görə təhqirə məruz qaldığı bildirilir. Paylan bu təhqirlərə cavab verməyib.
— Newsfeed (@Newsfeed883920) June 4, 2026
Qeyd edək ki, HDP-dən olan Qaro Paylan son parlament seçkilərində yer qazana bilməsə də, əsasən kürd partiyası kimi tanınan HDP-nin mərkəzi orqanlarında yüksək vəzifə tutmaqdadır.
Bu hadisə Türkiyənin sosial mediasında geniş əks-səda doğurub və ona Türkiyə parlamentindəki çıxışları, 1915-ci il hadisələri ilə bağlı açıqlamaları, "erməni soyqırımı" ifadəsini işlətməsi və 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləməsi xatırladılıb. Bütün bunlara görə ermənilərin ona “təşəkkürü” isə İrəvanda təhqir edilməsi və eləcə də “Türk casusu” adlandırılması olub.
Xatırladaq ki, Ermənistandakı revanşist, millətçi və Rusiyapərəst dairələr Azərbaycanla sülh müqaviləsinə və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxır.
“AzPolitika.info”

Şərhlər