RUSİYA NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLAŞIR?! - Putinin «nüvə dubinkası» MESAJI

ABŞ və Rusiya nüvə müharibəsinə gəlib çatsalar, kim qalib gələr?

«Mümkün nüvə münaqişəsi tərəflərin hamısının məğlubiyyəti ilə nəticələnəcək» qənaəti artıq çoxdan köhnəlib. Bunu mühafizəkar Amerika nəşri "Right Side" yazır (dekabr, 2014). Nəşrin fikrincə, Rusiya tərəfi bunu yaxşı anlayır. Odur ki, nəinki ABŞ-la mümkün müharibəyə hazırlaşır, hətta bu müharibədən qalib çıxmaq barədə düşünür.

"Right SideNews"-in şərhçisi Maykl Snayder «Əgər ABŞ və Rusiya nüvə müharibəsinə gəlib çatsalar, kim qalib gələr» - deyə, sual edir. Müəllifin fikrincə, sualın cavabı çoxlarına təəssüblü görünə bilər. Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın «sürətlə köhnələn» nüvə arsenalı azalmaqda davam edir. Bunun qarşılığında isə Rusiya «mütləq dağıdıcı» zərbə endirə biləcək tamamilə yeni nəsil bambardmançıların, sualtı qayıqların və raketlərin yaradılması üzərində işləyir.

putinnnBu gün amerikalıların bir çoxu nüvə müharibəsini təsəvvürünə belə gətirə bilmir. Amma Rusiyada diametral əks fikir mövcuddur (Bir neçə gün bundan əvvəl Krımın işğalı ilə bağlı filmin nümayişi, prezident Putinin «nüvə dubinkası» barədə açıqlamaları bunu növbəti dəfə təsdiqləyir). Bu gün rusiyalılar üçün ABŞ bir nömrəli düşmən sayılır. Onlar «qızdırma içindəymişlər» kimi, mümkün hərbi münaqişəyə hazırlaşırlar. Müəllif yazır: «Əlbəttə, ruslar məsələnin nüvə müharibəsinə gəlib çatmasını istəmirlər. Fəqət, işin bu həddə gəlib çatacağı təqdirdə, bu müharibədən qalib çıxmaq fikrindədirlər...»

Hazırda, bir çox amerikalı yanlış olaraq düşünür ki, «zəmanətli qarşılıqlı məhvetmə» doktrinası hələ də işləkdir. Bu doktrinaya görə, ölkələr elə sayda nüvə silahına malikdirlər ki, onlardan birinin heç olmasa, bircə nüvə raketi partlatması hər iki tərəfin «zəmanətli məhvi»nə gətirib çıxarmalıdır. Amma o vatdan ötən dövr ərzində çox şey dəyişib. Məsələn, ABŞ-ın nüvə arsenalı o dövrdəki ilə müqayisədə xeyli azalıb. 1967-ci ildə Amerika hərbçilərinin sərəncamında 31 mindən artıq nüvə başlığı var idi. İndi onların sayı 1642-yə enib və 1,5 minə qədər azaldılacağı planlaşdırılır. Bununla belə, «nüvə silahı üzərinə xaç yürüşü» təşkil etmiş Barak Obamaya 95 faizlik ixtisar da kifayət etmir. O, ölkənin nüvə arsenalını 300 vahidə qədər ixtisar etməyi düşünür.

«Zəmanətli qarşılıqlı məhvetmə» konsepsiyasının işlək olması üçün gərəkdir ki, Rusiyanın bir raket atəşinə cavab olaraq, ABŞ da öz raketini buraxmağa macal tapsın. Amma yeni meydana gələn texnologiyaların sayəsində qüvvələr nisbətinin «əhəmiyyətli yerdəyişməsi» baş verir. Məqalə müəllifi bu barədə belə yazır: «Artıq köhnə təfəkkür işləmir və ruslar bunu başa düşürlər...»

Bu yöndə, Snayder bir neçə misal gətirir və iddia edir ki, Rusiya hazırlaşır və ABŞ-la nüvə qarşıdurmasını udmaq barədə düşünür. Məsələn, 2016-cı ildən 2025-ci ilə qədərki dövr ərzində Moskva öz silahlarını modernləşdirmək məqsədilə 540 milyard dollar xərcləmək fikrindədir. Bu proqram adi və taktiki döyüş silahlarından, o cümlədən, kiber və nüvə silahlarından istifadə imkanlarının artırılmasını nəzərdə tutur. Bu vəsaitin bir hissəsi məhz «hava hücumundan müdafiə sistemini aşa biləcək avadanlıqlar»la təchiz edilmiş raket komplekslərinin tamamilə yeniləşdirilməsinə məsrəf olunacaq.

Bundan başqa, Rusiya PAK DA tipli bombardmançı-raket daşıyıcılarının işlənib hazırlanmasına ağılasığmaz həcmlərdə vəsait xərcləyir. Snayder yazır ki, bu təyyarələr barədə demək olar heç nə məlum deyil. Planlara görə, onlar radarlar üçün «praktiki olaraq» görünməzdirlər və öz bortunda çoxlu sayda adi və nüvə raketi daşıya bilir.

Bütün banlara əlavə olaraq, bildirilir ki, Rusiya S-500 tipli zenit-raket sisteminin («Prometey») yaradılması üzərində işlər aparır. Bu kompleks ABŞ-ın sərəncamında olan bütün qurğuları üstələyir və F-100 «Premyer» tipli uzaq radiolokasiya ilə aşkarlanan təyyarələrlə uzlaşdıqları təqdirdə, qitələrarası ballistik raketləri «tutmaq» qabiliyyətinə malikdir.

Rusiyanın sərəncamında amerikalı hərbçilərin «qara dəlik» adlandırdıqları sualtı qayıqlar da var. Bu barədə Snayder belə yazır: «Rusiyanın bu yeni qayıqları qətiyyən diqqəti çəkmədən bizim sahillərə yaxınlaşmaq qabiliyyətinə malikdirlər. Əgər ruslar qərara gəlsələr ki, ABŞ-la müharibə qaçılmazdır, onda bu qayıqlardan ilk öldürücü zərbə endirən mərmilər hipotetik olaraq - kimin hücum etdiyini anlayana qədər - bizim demək olar, bütün arsenalımızı məhv edə bilər».

Bundan əlavə, hazırda Rusiya taktiki və digər nüvə silahlarının sayına görə, ABŞ-ı ötüb keçib. Snayder məqaləni aşağıdakı fikirlə başa vurur: «Amerikalıların çoxu genişmiqyaslı nüvə müharibəsinin başlanma ehtimalına inanmır. Bununla belə, indi ABŞ-a uğurlu ilk zərbənin vurulması ehtimalı əvvəlki dövrlərdə olduğundan daha realdır. İnanmaq istərdik ki, amerikalılar bu faktı «artıq gecdir» anından əvvəl anlaya biləcəklər...»

Çevirdi: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar