Menu

Azərbaycanda məhbus ölüb

23.03.2015, 10:05
Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhkum ölümü qeydə alınıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.

Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Şəki Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol