Menu

Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb

23.03.2015, 11:43
Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Bayram günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, martın 20-dən 23-ə qədər ölkə ərazisində 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

K. Əliyev baş verən yol nəqliyyat hadisələrindən 10-nun Bakıda qeydə alındığını bildirib. Paytaxtda baş verən qəzalarda 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol