Menu

Səudiyyə Ərəbistanı neftin qiymətini öldürdü

23.03.2015, 11:49

oil neftSon günlərdə bahalaşan neftin qiyməti Səudiyyə Ərəbistanının neftin hasilatı ilə bağlı açıqlamasından sonra yenidən ucuzlaşıb. Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, London birjasında “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,76% və ya 0,42 dollar ucuzlaşaraq 54,90 dollara satılıb.

VTI (West Texas Intermediate)markalı xam neftin bir barrelinin qiyməti isə 1,14% və ya 0,53 dollar ucuzlaşaraq 46,04 dollar olub.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi sutkada 10 milyon barrel neft hasil etdiklərini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol