Menu

Ali Radanın dörd deputatı Poroşenkonun partiyasından istefa verib

23.03.2015, 22:01
Ali Radanın dörd deputatı Poroşenkonun partiyasından istefa verib

Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskini dəstəkləyən deputatlar Dnepropetrovskda “xalq yığıncağının” çağırılacağını bəyan ediblər.APA-nın “Ukraynskaya pravda”-ya istinadən məlumatına görə, bu barədə Ali Radanın deputatı Andrey Denisenko bildirib.

Həmçinin, o, Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyasından istefa verdiyini bəyan edib.

A.Denisenkodan başqa daha üç deputat – Vitali Kupriy, Valentin Didıç və Aleksandr Dubinin “Pyotr Poroşenko bloku”nu tərk etdiklərini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl P.Poroşenko və daxili işlər naziri Arsen Avakov “şəxsi silahlı dəstələrə” malik qubernatorlara qarşı çıxış etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol