Menu

Atəşkəs rejimi 52 dəfə pozulub

24.03.2015, 10:21

Cəbhə-xəttində-atəşkəs-pozulub10-400x300Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 52 dəfə pozub.

rmənistan Respublikasının İcevan və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Şıxlar, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol