Menu

Fransada dəhşətli təyyarə qəzası baş verdi- 148 nəfər öldü

24.03.2015, 15:10
Fransada dəhşətli təyyarə qəzası baş verdi- 148 nəfər öldü

Bu gün Fransanın cənubunda, Alp dağları ərazisində "Airbus A320" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə Düsserdolfdan Barselonaya uçub. "Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. İlkin məlumata görə, qəza Fransanın cənubunda qeydə alınıb.

Reuters agentliyinin yaydığı məlumata görə, təyyarə Almaniyanın "Lufthansa" şirkətinin nəzdindəki "Germanwings" aviasiya şirkətinə məxsus olub. Təyyarə Barselonadan Düseldorfa uçurmuş.

Məlumatlara görə, təyyarədə 142 sərnişin və 6 nəfərlik ekipaj üzvünün hamısı həlak olub.

Qəzaya uğrayan təyyarə "Germanwings" şirkətinə məxsus olub. Hələlik qəzanın səbəbləri bəlli deyil. Musavat.com Euronews televiziyasına istinadən xəbər verir ki, Fransa prezidenti qəza ilə bağlı açıqlama verib. Oland deyib ki, qəzanın oluş şəklinə baxılırsa, kimsənin qurtulması mümkünsüz görünür.

Bəzi Avropa saytları yazır ki, hadisə terror nəticəsində baş verə bilər. Çünki "Eurbas" etibarlı təyyarədir və ən əsası, eniş və ya qalxış zamanı deyil, düz uçuş zamanı qəzaya uğrayıb . Bu da terror şübhələrini artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol