Menu

Avropa ölkələrindən İŞİD-ə qoşulanların SİYAHISI

24.03.2015, 20:01
Avropa ölkələrindən İŞİD-ə qoşulanların SİYAHISI

Böyük Britaniya xüsusi xidmət orqanlarına bağlı olan "Quilliam" fondunun radikalizm və siyasi zorakılıqla bağlı beynəlxalq fəaliyyət mərkəzi Avropa ölkələrindən İŞİD terror təşkilatının sıralarına qatılanların artım siyahısını hazırlayıb.Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, siyahıda Fransa birinci yerdə dayanır. Siyahıda olan ölkələrdən İŞİD sıralarına qatılan şəxslərin siyahısı ardıcıllıqla və faiz nisbətiylə göstərilib.

Həmin siyahını olduğu kimi təqdim edirik:

Fransa - 2014-cü ildə 700 nəfər, 2013-cü ildə 412 nəfər, artım 69,9 faiz.

İngiltərə - 2014-cü ildə 500 nəfər, 2013-cü ildə 366 nəfər, artım 36,6 faiz.

Almaniya - 2014-cü ildə 400 nəfər, 2013-cü ildə 240 nəfər, artım 66,7 faiz.

Belçika - 2014-cü ildə 300 nəfər, 2013-cü ildə 296 nəfər, artım 1,4 faiz.

Niderland - 2014-cü ildə 150 nəfər, 2013-cü ildə 152 nəfər, azalma 1,3 faiz.

Danimarka - 2014-cü ildə 100 nəfər, 2013-cü ildə 84 nəfər, artım 19 faiz.

İspaniya - 2014-cü ildə 100 nəfər, 2013-cü ildə 95 nəfər, artım 5,3 faiz.

İsveç - 2014-cü ildə 100 nəfər, 2013-cü ildə 87 nəfər, artım 14,9 faiz.

Avstriya - 2014-cü ildə 60 nəfər, 2013-cü ildə 60 nəfər, artım 0 faiz.

İtaliya - 2014-cü ildə 50 nəfər, 2013-cü ildə 50 nəfər, artım 0 faiz.

Norveç - 2014-cü ildə 50 nəfər, 2013-cü ildə 40 nəfər, artım 25 faiz.

Finlandiya - 2014-cü ildə 30 nəfər, 2013-cü ildə 20 faiz, artım 50 faiz.

İrlandiya - 2014-cü ildə 30 nəfər, 2013-cü ildə 26 nəfər, artım 15,4 faiz.

İsveçrə - 2014-cü ildə 10, 2013-cü ildə 1 nəfər, artım 900 faiz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol