Menu

UEFA Avroliqanın 1/4 finalçısını cərimələdi

25.03.2015, 20:27
UEFA Avroliqanın 1/4 finalçısını cərimələdi

Napoli” rəhbərliyi 60 min avro cərimə ödəməli olacaq

UEFA İtaliyanın "Napoli” klubunu cərimələyib. Anspress-in məlumatına görə, buna səbəb Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor”la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsidir.

"Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada baş verənlərə görə klub rəhbərliyi 60 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Avroliqanın ¼ finalına vəsiqə qazanan "Napoli” klubu yarımfinala çıxmaq üçün "Volfsburq”u mübarizədən kənarlaşdırmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol