Menu

Hakan Şükür hakim partiyadan istefa verdi

16.12.2013, 20:30
Hakan Şükür hakim partiyadan istefa verdi

Türkiyənin məşhur futbolçusu, millət vəkili Hakan Şükür üzvü olduğu AKP-dən istefa verdiyini açıqlayıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, H.Şükürün bu qərarına səbəb son vaxtlar Ərdoğan hökumətinin yeritdiyi siyasətdir. Belə ki, Gülən camaatına yaxınlığı ilə seçilən Şükür hakimiyyətin hazırlıq kurslarına qarşı tutduğu mövqedən narazı qaldığını, bunun gerçək səbəbinin ona aydın olmadığını bildirib.

Hakan Şükür deyib ki, AKP son 11 ildə Türkiyə üçün böyük işlər görüb.

O bundan sonra siyasi fəaliyyətini müstəqil millət vəkili kimi davam etdirəcəyini deyib.

Musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol