Menu

Daha bir ölkə başçısı Moskvaya getməkdən imtina etdi

01.04.2015, 09:01
Daha bir ölkə başçısı Moskvaya getməkdən imtina etdi

Moldovanın prezidenti Nikolay Timofti mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova prezidentinin mətbuat katibi Vlad Tsurkanu bildirib.

“Prezident Timofti bu məsələ ilə bağlı mövqeyini bildirib. O, mayın 9-da Moskvaya səfər etməyəcək”, deyə V.Tsurkanu bildirib.

Onun sözlərinə görə, Nikolay Timofti Kişinyovda keçirilən bayram tədbirlərində iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol